CANBAXIŞ ƏLİ OĞLU NƏCƏFOV

CANBAXIŞ ƏLİ OĞLU NƏCƏFOV

CANBAXIŞ ƏLİ OĞLU NƏCƏFOV

Professor

Tel.: (99450) 6533430

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

01 aprel 1949-cu ildə Qubadlı rayonu Əyin kəndində anadan olub.1966-cı ildə Q.İlyasov adına Qubadlı qəsəbə orta məktəbini bitirib.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI:

1968-1973 - Azərbaycan Dövlət Universiteti (indiki BDU) Biologiya fakültəsində ali təhsil

1973-1976 - Azərbaycan Milli Elmlər Аkademiyasının (AMEA) Zoologiya İnstitutunda aspirantura

1980 - Moskvada “Selen mikroelementinin və yaxşı yemləmənin qoyunların embrional inkişafına və əzələ toxumasının inkişafına təsiri” mövzusunda SSRİ (indiki Rusiya) EA-nin A.N.Severstsov adına Heyvanların morfologiyası və ekologiyası İnstitutunda namizədlik dissertasiyasnın müdafiəsi

1996 - “Onurğalı heyvanların prenatal inkişafında somatik əzələlərinin müqayisəli histogenezi” mövzusunda AMEA-nın Zoologiya İnstitutunda “Zoologiya” ixtisası üzrə doktorluq dissertasiyasnın müdafiəsi

2000-ci il - professor

ƏMƏK FƏALİYYƏTİ

1973-1976 - Azərbaycan Milli Elmlər Аkademiyasının (AMEA) Zoogiya İnstitutunda aspirant

1976-1992 - Azərbaycan Milli Еlmlər Аkademiyasının (AMEA) Zoologiya İnstitutunda heyvanların embriologiyası və ornitologiya laboratoriyalarında baş laborant, kiçik elmi işçi və baş elmi işçi

1992 - Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunda Biologiya və kimya fənlərinin tədrisi metodikası kafedrasının baş müəllimi

1994 - ABPKİAYH İnsitutunda Biologiya və kimya fənlərinin tədrisi metodikası kafedrasının müdiri

1999-2006 - Azərbaycan Müəllimlər İnstitututnun Təbiət elmləri kafedrasının müdiri

2006-2007 - AMİ-nun Təbiət elmləri kafedrasının professoru

2007- Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasının müdiri

2018-2020- BDU-nun Zoologiya kafedrasının müdiri

2020-ci ildən – BDU-nun Zoologiya və fiziologiya kafedrasında professor

TƏDRİS ETDİYİ FƏNLƏR

  • Heyvanların embriologiyası və histologiyası
  • Tibbi biologiya
  • Zoologiya
  • Amfibi və reptililərin təsnifatı və biologiyası

TƏDQİQAT SAHƏSİ

  • Selen mikroelementini kənd təsərrüfatı heyvanlarının böyümə və inkişafında əhəmiyyətinin öyrənilməsi
  • Heyvanların embrional inkişafında eninəzolaqlı əzələ toxumasının morfogenezi və formalaşması
  • Orta məktəblərdə biologiyanın tədrisi metodikası
  • Azərbaycanda quru onurğalıların morfologiyası, bioekoloji xüsusiyyətləri və epizotoloji əhəmiyyəti

MÜKAFATLAR

  • 1994-ABŞ-nın Nyu-York elmlər akademiyasının həqiqi üzv
  • 2011-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasına həqiqi üzv

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

2008 - Özbəkistanın Buxara şəhərində Morfoloqların IX Beynəlxalq konqresi

1990 - Kiev şəhərində dayaq-hərəkət orqanlarının bərpa və kompensator proseslərinə həsr olunmuş YIII əzələnin bilogiyası Ümumrusiya konfransı

1991 - Astraxan şəhərində balıqların ilkin ontogenezinə həsr olunmuş Y Ümumrusiya konfransı

1991 -  Bakı şəhərində Xəzər dənizinin problemlərinə həsr olunmuş Beynəlxalq konfrans

1992 - Petrazovodsk şəhərində balıqların ekoloji fiziologiyası və biokimyasına həsr olunmuş YII Ümumrusiya konfrans

1994 - Amerikanın Çikaqo şəhərində keçirilən və onurğalıların morfologiyasına həsr olunan Beynəlxalq konqres

1994 - Rusiya federasiyasının Kara-Daq şəhərində keçirilən balıqların ekoloji biokimyasına həsr olunmuş kofrans

2008 - Özbəkistanın Buxara şəhərində Morfoloqların IX Beynəlxalq konqresi

2010 - Almaniyanın Münxen şəhəri

2012 - Rusiya federasiyasının Tver şəhərində Morfoloqların XI Beynəlxalq konqresi

2014 - Rusiya federasiyasının Tümen şəhərində Morfoloqların XII Beynəlxalq konqresi

2016 - Rusiya federasiyasının Petrazavodsk şəhərində Morfoloqların XIII Beynəlxalq konqresi

 

Seçilmiş əsərləri:

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina, 2-ci mərtəbə, otaq 283a, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5391091 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2022
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət