Elmi istiqamət və elmi-tədqiqat mövzuları

Istiqamət: Biotibbdə və ətraf mühitin bərpasında tətbiq olunacaq yeni materialların dizaynı, sintez və tətbiqi.

Mövzunun rəhbəri: k.ü.e.d. prof. Həsənova Ülviyyə Əliməmməd

İcraçılar: b.ü.f.d. İsrayılova Aygün Əlimərdan, Hüseynzadə Ələkbər Elman

Məqsəd: Yüksək antimikrob xassəyə malik sintetik üzvi maddələrin aşkarlanması

Nəticə: Yaradılmış kompleks fərdi makroheterotsiklə nisbətən Staphylococcus aureus kliniki bakteriya ştamına qarşı 64 dəfə, 32 dəfə daha yaxşı fəaliyyət göstərmişdir. Makroheterotsiklin hesablama analizi suda B3LYP/6-31G səviyyəsində aparılmışdır. Makroheterotsikl üçün molekulyar dokinq analizləri Staphylococcus aureus-da hədəf zülal kimi transpeptdaza ailəsindən penisilin bağlayan PBP2a(5M18) zülalını aşkar etmişdir.

Təcrübi əhəmiyyəti: Patogen mikroorqanizmlər təbiətdə geniş yayılmışdır, bu da onların təkamül prosesində bitki, heyvan və insan orqanizminə uyğunlaşaraq onların hesabına yaşamaq qabiliyyəti qazanması ilə əlaqədardır. Mikroorqanizmlər, onlara qarşı mübarizədə istifadə olunan antibiotiklərə və ya dərman preparatlarına qarşı müxtəlif mexanizmlərə (mutasiya, çıxarma nasosları və s.) davamlılıq xüsusiyyətləri qazanırlar. Mikroorqanizmlərdə antibiotiklərə qarşı rezistentlik xüsusiyyətini daşıyan genlər irsən ötürülə, yaxud sonradan qazanıla bilir. Son dövrlərdə patogen bakteriyaların və göbələklərin dərman preparatlarına qarşı davamlılıq xüsusiyyətinin yaranması ilə bərabər, infeksion xəstəliklərin sürətlə yayılması yeni antimikrob təbiətli agentlərin axtarışını daha da aktuallaşdırır. Sulfanilamidlər, xinolinlər, ftorxinolinlər, nitrofuranlar və bu kimi sintetik antimikrob maddələr bu gün də böyük səmərə ilə yoluxucu xəstəliklərin müalicəsində xəstəliklərin müalicəsində istifadə olunur. Buna görə də yüksək antimikrob xüsusiyyətinə malik olan maddələrin axtarışına böyük ehtiyac vardır.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina, 2-ci mərtəbə, otaq 283a, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5391091 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2022
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət