İsmayil Yusif oğlu Fridunbəyovun dissertasiya işinin müdafiəsi keçiriləcəkdir
23 Oktyabr 2025-ci il saat 14:00-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.31 Dissertasiya şurasının iclasında Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının sabiq doktorantı İsmayil Yusif oğlu Fridunbəyovun 2406.01-" Biofizika" ixtisasında biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Radioaktiv çirklənmə zamanı hüceyrələrin biofiziki parametrlərinin indikator xüsusiyyətləri / Индикационые свойства биофизических параметров клеток при радиоактивном загрязнении” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
Elmi rəhbərlər: f.-r.e.d., professor Xəlilov Rövşən İbrahimxəlil oğlu, b.ü.f.d., dos. Nəsibova Aygün Namiq qızı
Müdafiənin keçiriləcəyi yer: BDU, 2 saylı tədris binası, III mərtəbə, 307 saylı auditoriya
Arzu edənlər iştirak edə bilərlər.