YUSİF TAHİR OĞLU ABİYEV

YUSİF TAHİR OĞLU ABİYEV

YUSİF TAHİR OĞLU ABİYEV

Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini

Tel.: (+99412) 539 08 81

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

19 fevral 1990-cı ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə Xaçmaz rayonu Dədəli kənd tam orta məktəbini bitirib. ETSN yanında İctimai Şuranın, Azərbaycan Botaniklər Cəmiyyətinin üzvüdür.

ELMİ TƏDQİQAT SAHƏSİ

Elm sahələri: CİS və aerokosmik zondlama texnologiyalarının tətbiqi ilə botanika və meşəçilik sahələrində tədqiqatların aparılması

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

2007-2011 - Azərbaycan Memarlıq və İnşaat Universiteti, Meşə təsərrüfatı və meşə ehtiyatlarının bərpası ixtisası

2012-2014 - Azərbaycan Memarlıq və İnşaat Universiteti, Meşə mühəndisliyi ixtisası

2017- ETN Botanika İnstitutunun “Botanika” ixtisası üzrə dissertantı

ƏMƏK FƏALİYYƏTİ

2013-2016 - AMEA Mərkəzi Nəbatat Bağı Bitkilərin monitorinqi və mühafizəsi laboratoriyasının böyük laborantı

2016 – 2021 - AMEA Mərkəzi Nəbatat Bağı İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri

2021-2021 - AMEA Mərkəzi Nəbatat Bağı Bioloji kolleksiyalar şöbəsinin müdiri 

2018 – 2021 - Botanika İnstitutu Sistematika və biomüxtəliflik şöbəsinin elmi işçisi

2020 -2023 - Geologiya və Geofizika İnstitutunun böyük elmi işçisi (əvəzçi)

2019 - 2023 - Botanika İnstitutu, CİS-in biomüxtəliflik tədqiqatlarında tətbiqi fənni üzrə müəllim

2021-2024 - Botanika İnstitutu Geobotanika şöbəsinin elmi işçisi

2024- Bakı Dövlət Universiteti Biologiya Fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini (hal-hazıradək)      

LAYİHƏLƏR

2023 – davam edir  Botanik, Çovdar mədən ərazisində nadir bitkilərin çoxaıdılması və bərpası, AzerGold QSC

2023-2023 - Botanik, Ələt Beynəlxalq Limanı ətrafı sahil və su bitkiliyi və algafloranın qiymətləndirilməsi, İqlim MMC.

2022 – 2023 - Müsabiqə qalibi, Azərbaycanın düzən meşələrinin karbon tutma potensialının aerokosmik zondlama ilə modelləşdirilməsi, Azəkosmos

2022-2023 - CİS eksperti və korrektor, Azərbaycanın Qırmızı Kitabının III nəşrinin hazırlanması

2022 - Botanik, Balakən rayonunda layihə ərazilərinin biomüxtəlifliyinin qiymətləndirilməsi, AzerGold

2022 - Botanik, Xızı və Abşeron rayonlarında Biomüxtəlifliyin konservasiyası planının hazırlanması, Ecoenergy Company və 5 Capitals – Environmental and Management Consultancy

2021-2023 - Milli ekspert, Davamlı meşə idarəetmə planlarına tozlayıcıların cəlbi layihəsində meşə idarəetməsi

TCP/AZE/3802/C1 (662861) - FAO Partnership and Liaison Office in Azerbaijan (FEAZE).

2020-2021 -Ekspert, “Milli səviyyədə ekosistemlərin qiymətləndirilməsi vasitəsi ilə Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökümətlərarası Elmi Yanaşmalar Platformasına (İPBES) dəstək”, REC Caucasus, WCMC

2020-2022 -“Qafqaz Regionunda Meşələrə Qlobal Baxış Platformasının Təşviqi” layihəsi, texniki işçi qrupunun üzvü, REC Caucasus, World Resources Institute

2020-2023 -Azərbaycanın Xəzər və Xəzəryanı ərazilərinin geosistemlərinin və bioloji müxtəlifliyinin peyk məlumatları əsasında qiymətləndirilməsi dövlət programı

2020-2021 - Xızı və Abşeron rayonları ərazisində Külək Enerjisi layihəsində CİS mütəxəssisi və botanik. Ecoenergy Company və 5 Capitals – Environmental and Management Consultancy

2019 - Şərqi Qara dəniz bölgəsində ladin və küknar meşə ekosistemlərində yarpaqlarla tutulan suların  hidroloji və ekoloji tədqiqatı layihəsində qonaq tədqiqatçı, Trabzon, Türkiyə, TUBITAK

2017 - Dənizkənarı Milli Parkın 3D planı və bitki məlumat bazasının hazırlanması

2016 - Gardenclub ekoloji-sosial maarifləndirmə klubunun yaradılması, Gənclər Fondu

QRANT VƏ MÜKAFATLAR

2013 - AMEA Mərkəzi Nəbatat Bağının Fəxri Fərmanı

2013 - Azərbaycan Milli Elmlər Akademiyasının səyahət qrantı, İstanbul, Türkiyə

2013 - TÜBİTAK qrantı və Azərbaycan Milli Elmlər Akademiyasının Səyahət qrantı

2014 - Azərbaycan Milli Elmlər Akademiyasının səyahət qrantı, Düzce, Türkiyə

2016 - Azərbaycan Respublikası Gənclər Fondunun qrantı

2018 - Çin Elm və Texnologiya Nazirliyinin və Beynəlxalq Nəbatat Bağları Assosiasiyasının qrantı

2019 - Türkiyə Araşdırma Təqaüd Proqramı, Türkiyə Bursları, Trabzon, Türkiyə

2019 - Volkswagen Fondunun 2019 Layihə (səyahət) qrantı, Berlin, Almaniya

2022 - İlin gənc alimi, Botanika İnstitutunun direktoru

2023 - İlin gənc alimi, AMEA Prezidenti

BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI 

2013 - “Ətraf mühitdə dəyişikliklər və biomüxtəliflik” Beynəlxalq Konfransı, Bakı

2014 - “Gənc alim və mütəxəssislərin I Beynəlxalq Elmi Konfransı”, Bakı

2017 - Azərbaycan gənc alimlərinin birinci qurultayı, Bakı

2019 - 2-ci Beynəlxalq Meşə Mühəndisliyi və Texnologiyaları Simpoziumu, Tiranna, Albaniya

2020 - Gənc Alim və Mütəxəssislərin II Beynəlxalq Elmi Konfransı, Bakı

2021 - Qarabağ biomüxtəlifliyi, torpaq və su ehtiyatları üzrə konfrans, Bakı

2022 - 3-cü Beynəlxalq Meşə Mühəndisliyi və Texnologiyaları Simpoziumu, Bakı, Azərbaycan

 

Seçilmiş əsərlər:

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina, 2-ci mərtəbə, otaq 283a, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5391091 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2022
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət