Arxiv

19 yanvar 2024-cü il il tarixində saat 1200-da “Molekulyar biologiya və biotexnologiyalar” kafedrasının növbəti iclası olacaqdır.

Gündəlik məsələlər:

  1. Yeni tədris olunan fənlərin proqramlarının təkmilləşdirilməsi və çapa təqdim olunması.
  2. Saathesabı qaydada tədris edən müəllimlərin fənn proqramının hazırlanması.
  3. Cari məsələlər.

 

13 dekabr 2023-cü il tarixində saat 14:00 -da Bakı Dövlət Universitetinin Biologiya fakültəsində əsas bina 449-cu auditoriyada elmi seminar keçiriləcək.

Seminarda TİİMM-nın "Biomühəndislik" ETL elmi işçisi,  Molekulyar biologiya və Biotexnologiyalar kafedrasının 0,5 şt. müəllimi Əmrahov Nurlan Rəşid oğlu  “Müasir aqrar əkinçiliyinin yeni istiqamətləri hidroponika və akvaponika sistemləri” mövzusunda məruzə ilə çıxış edəcək

 


 

8 dekabr 2023-cü il saat 1200-da  “Molekulyar biologiya və biotexnologiyalar” kafedrasının növbəti iclası olacaqdır.

Gündəlik məsələlər:

  1. 2023/2024-cü tədris ilinin qış imtahan sessiyasının   imtahanları ilə bağlı.
  2. TİİMM-nın "Biomühəndislik" ETL elmi işçisi,  Molekulyar biologiya və Biotexnologiyalar kafedrasının 0,5 şt. müəllimi Əmrahov Nurlan Rəşid oğlunun “Natrium nitroprussid (SNP) ilə kompleksdə olan müxtəlif nanohissəcikləri Arabidopsis thaliana-da morfofizioloji və biokimyəvi mexanizmlərə təsiri mövzusunda elmi seminarı.
  3. Açıq dərslərin kafedrada keçirilməsi.
  4. Yeni fənlər üzrə tədris proqramlarının hazırlanması və müzakirəsi   
  5. Elmi Seminarların kafedra və fakültə səviyyəsində keçirilməsi.

 

1 dekabr 2023-cü il saat 1200-da “Molekulyar biologiya və biotexnologiyalar” kafedrasının növbəti iclası olacaqdır.

Gündəlik məsələlər:

  1. 2-ci kurs magistrant Sumaya Mohammadi Mohammad  Davud qızının dissertasiya işinin ilkin müzakirəsi
  2. Molekulyar biologiya və biotexnologiyalar kafedrasının   2024-2026-ci il üçün nəzərdə tutulan 3 illik hesabat mövzusunun müzakirəsi
  3. Cari məsələlər.

 

14 noyabr 2023-cü il saat 1200-da  “Molekulyar biologiya və biotexnologiyalar” kafedrasının növbəti iclası olacaqdır.

Gündəlik məsələlər:

  1. 2023/2024-cü tədris ili üçün kafedrada buraxılış işi yazacaq  IV kurs bakalavriat səviyyəsinin tələbələrinin buraxılış işi  mövzusunun və elmi rəhbərinin təyini.  
  2. 2023/2024-cü tədris ilində Magistrların elmi rəhbərlərinin, dissertasiya mövzularının təyini və fərdi iş planının təsdiqi.                                   
  3. Kafedranın 2023-cü ildə plan üzrə yerinə yetirilmiş elmi- tədqiqat işlərinin Hesabatı.
  4. Cari məsələlər.

 

12 oktyabr 2023-cü il tarixində saat 1200-da “Molekulyar biologiya və biotexnologiyalar” kafedrasının növbəti iclası olacaqdır.

Gündəlikdə məsələlər:

  1. Bakı Dövlət Universitetinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının 2414.01- “Mikrobiologiya” ixtisasının fəlsəfə doktoru proqramı üzrə əyani doktorantı Gaoussou  Binatenin 2023/2024-cü tədris ili üzrə ikinci kursa attestasiyadan keçməsi barədə.
  2. Molekulyar biologiya və biotexnologiyalar kafedrasının 2414.01- “Mikrobiologiya” ixtisasının fəlsəfə doktoru proqramı üzrə qiyabi doktorantı Alcanova Fidan Amil qızının II kursdan III kursa attestasiyadan keçməsi haqqında.
  3. Molekulyar biologiya və biotexnologiyalar kafedrasında boş olan 0 ştat müəllim vəzifəsini tutmaq üçün Quliyeva Sevinc Məhi qızı ilə müsabiqənin keçirilməsi.
  4. Molekulyar biologiya və biotexnologiyalar kafedrasında boş olan 0 ştat müəllim vəzifəsini tutmaq üçün Ocaqverdiyeva Səbinə Yaşar qızı ilə müsabiqənin keçirilməsi.

 

22 sentyabr 2023-cü il tarixində saat 1200-da “Molekulyar biologiya və biotexnologiyalar” kafedrasının növbəti iclası olacaqdır.

Gündəlik məsələlər:

  1. 2023/2024-cü tədris ilinin başlanması ilə bağlı cari məsələlər
  2. 2023/2024-cü il üzrə buraxılış işi və magistr işlərinin mövzularının tərtib olunması.
  3. 2023/2024-cü il üzrə Tədris Yükünün və Tədris Planının müzakirəsi
  4. BDU-nun rektorunun 3/846 saylı 31.10.2022-ci il tarixli əmrinə əsasən fəlsəfə doktoru proqramı üzrə Molekulyar biologiya və biotexnologiyalar kafedrasının 2414.01- “Mikrobiologiya”  ixtisası üzrə təhsil qrantı hesabına əyani doktorantı Fil Dişi  Sahili Respublikasının vətəndaşı Binate Gaoussounun dissertasiya işinin mövzusunun redaktə edilərək dəyişdirilməsi barədə.

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina, 2-ci mərtəbə, otaq 283a, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5391091 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2022
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət